Azərbaycan ictimaiyyəti SSRİ xalq artisti, Rusiyanın dörd dövlət mükafatı laureatı , kinoaktrisa Alisa Freyndlixin 80 illik yubileyini qeyd edib.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə “Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Sevilən Sovet və Rusiya kino aktrisası A.Freyndlix dekabrın 8-də 80 illik yubileyini qeyd edib.
Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya Mədəniyyət Mərkəzində aktrisanın pərəstişkarları yaradıcı ziyalılar , həmvətənlər təşkilatının üzvləri, veteranlar, tələbə və şagirdlər toplanmışdılar.
27 nömrəli məktəbin şagirdi Fərid Məmmədov aktrisanın yaradıcılıq yolu barədə danışıb. Daha sonra görüş iştirakçıları aktrisanın iştirak etdiyi 1977-ci ildə “Mosfilm” kinostudiyasında lentə alınmış,rejissor Eldar Ryazanovun “İşdə məhəbbət macərası” filminə tamaşa ediblər.
A.Zeydullayeva