Cümə axşamı Muzey Mərkəzində Azərbaycanın eks-prezidenti İlham Əliyevin vəfatının 11-ci ildönümünə həsr olunan sərginin açılışı olub.
Tədbirdə iştirak edən Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib ki, Heydər Əliyev respublikanın tarixində mühüm yer tutub. Onun sözlərinə görə, cümə axşamı Muzey Mərkəzində təqdim edilən layihə-sərgi Azərbaycanda bu əfsanəvi şəxsiyyətin xatirsəinə necə ehtiram və hörmətlə yanaşıldığını sübut edir.
“Bizim üçün bu layihənin reallaşmasında Yunus Əmrə
Türk Mədəniyyət Mərkəzinin iştirakı çox mühüm və dəyərlidir”, - deyə o bildirib.
Tədbirdə çıxış edən “AzərTAc” dövlət informasiya agentliyinin direktoru Aslan Aslanov qeyd edib ki, bu üçgünlük sərgi iki agentlik - “AzərTAc” və Türkiyənin “Anadolu” agentliklərinin arxiv materialları əsasında hazırlanıb.
“Sərgi Heydər Əliyevə həsr olunub, onun xatirəsi daima qəlbimizdə yaşayacaq. Azərbaycan üçün ən mürəkkəb zamanlarda - 90-cı illərdə - o, burada hökm sürən hərcmərclikdən ölkəni çıxarmaq üçün əlindən gələni etdi)”, - deyə A.Aslanov bildirib. O vurğulayıb ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı H.Əliyevin xidmətidir.
“Onun ideyaları və siyasi kursu bu gün də uğurla həyata keçirilir”, - deyə o əlavə edib.
Sərgi Bakıda Muzey Mərkəzində “AzərTAc” və “Anadolu” agentlikləri, həmçinin Yunus Əmrə
Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.
A.Zeydullayeva