Heydər Əliyev Azərbaycan və Türkiyə arasında münasibətləri indiki starteji tərəfdaşlıq səviyyəsinə çatdırmaq üçün çox səy göstərib.Bu sözləri Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov söyləyib.
“Türkiyə və Azərbaycan ümumi kökləri, mədəniyyəti və dili olan qədim tarixə malik ölkələrdir.H.Əliyev bu əlaqələri yaxşılaşdırmaq və iki ölkə arasında qardaşlığı gücləndirmək üçün şox səy göstərib.H.Əliyevin ölümünün 11-ci il dönümünü qeyd etdiyimiz zaman deyə bilərik ki, “bir millət iki dövlət” prinsipi əvvəlki kimi qüvvədədir və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin sarsılmaz olduğunu ifadə edir”,- deyə səfirin Türkiyədə nəşr olunan ingilis dilli “Hurriyet Daily News” qəzetindəki məqaləsində bildirilir.
F.Bağırov öz məqaləsində Bakı və Ankara arasında münasibətlərin inkişafında, birgə enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində H.Əliyevin xidmətlərini qeyd edib.
F.Hüseynzadə