Azərbaycanda mobil rabitə operatoru olan “Bakcell” şirkəti illik 9% dərəcə ilə 40 mln. manat məbləğində istiqrazın emissiyasını planlaşdırır. Bu barədə Bakı Fonf Birjasının məlumatında qeyd edilir.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 40 istiqraza bölünüb. İstiqrazların tədavül müddəti - 1080 gün, dərəcəsi - illik 9%-dir. Faizlərin ödənişi rübdə bir dəfə həyata keçiriləcək.
İstiqrazların yerləşdirilməsinin anderrayteri qismində “PAŞA Capital” çıxış edəcək.
Emissiya “Bakcell” üçün bu istiqrazların ikinci emissiyası olacaq. 2011-ci ildə şirkət 40 mln. manat məbləğində istiqraz buraxmışdı.
“Bakcell” şirkəti 1994-cü ilin mart ayında təsis edilib və respublikada fəaliyyət göstərən 3 GSM operatordan biridir.
Hazırda “Bakcell” ölkənin 80% ərazisini əhatə edir. Aktiv “Bakcell”abunəçilərinin sayı 3 milyona yaxındır.
A.Əzizov