2014-cü il dekabr ayının 1-i vəziyyətinə görə Azərbaycanda payızlıq bitkilərin əkin sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə 11,3% - 822,3 min hektara qədər azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.
Payızlıq bitkilərin əkin sahəsi 11,5% - 806,6 min hektara qədər, buğdanın əkin sahəsi 17,2% - 502,8 min hektara qədər, arpanın əkin sahəsi - 0,1% - 303,8 min hektara qədər azalıb.
Məlumatda qeyd olunur ki, payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.
A.Axundov