Azərbaycanın Vyetnamdakı səfirliyi eks-prezident Heydər Əliyevin ölümünün 11-ci ildönümünə həsr edilmiş xeyriyyə aksiyası keçirib.Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
Aksiya çərçivəsində Azərbaycanın Hanoydakı səfirliyinin nümayəndələri fiziki və əqli cəhətdən qüsurlu uşaqlar üçün təşkil edilmiş “Peace Village” internatında olublar.
1-18 yaş arasında olan 130 uşağa müxtəlif hədiyyələr təqdim edilib.
Humanitar xarakterli analoji tədbir Azərbaycanın diplomatik nümayəndəliklərinin olduğu bütün ölkələrdə keçirilib.
F.İsazadə