Nazirlər Kabineti Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunu təsdiq edib.
Müvafiq qərar Nazirlər Kabinetinin saytında dərc edilib.
QSC Rabitə və Yüksək Texnologiyalr Nazirliyinin nəzdində fəaliyyət göstərəcək.
Cəmiyyətin əsas məqsədi nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsindən, o cümlədən nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə inkişaf etdirilməsindən və ondan istifadənin təmin olunmasından, nüvə elmləri və texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılmasından, elmi tədqiqatların genişləndirilməsindən və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsindən ibarətdir.
QSC bu nizamnamənin i bəndində göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: nüvə elmləri, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə Azərbaycan Respublikasının maraqlarına uyğun aktual elmi və elmi-texnoloji istiqamətlərin müəyyənləşdirilməsinə, müvafiq dövlət proqramı və layihələrinin hazırlanmasına dair Nazirliyə təkliflərin verilməsi və həyata keçirilməsi üzrə tədbirlərin görülməsi; dinc məqsədlərlə Azərbaycan Respublikasının ərazisində nüvə xammal ehtiyatlarının axtarışı, potensiallarının qiymətləndirilməsi, ekoloji və iqtisadi səmərəli emal üsullarının işlənilməsi və uyğun texnologiyanın yaradılması; dinc məqsədlərlə nüvə materiallarını ayırıb saflaşdırma, zənginləşdirmə texnologiyalarının, nüvə yanacağı dövriyyəsinin, istehsal texnologiyalarının və tətbiq sahələrinin yaradılması; nanomaterialların və radiasiya texnologiyalarının işlənilməsi, onların elm və texnikanın müxtəlif sahələrində tətbiqi; və digər istiqamətlərdə fəaliyyət göstərəcək.
Qərara əsasən, cəmiyyətin nizamnamə kapitalı 3000 000 (üç milyon) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 10 (on) manat olan 300 000 (üç yüz min) ədəd adi səhmlərdən ibarətdir.
İdarə Heyətinin tərkibi 3 nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və Nazirlik tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki sədr müavinindən ibarətdir. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir.
QSC-nin yenidən təşkili və ləğv edilməsi barədə qərarı dövlət başçısı qəbul edir.
QSC-nin strukturuna aparat, idarəetmə, nümayəndəlik və filiallar daxildir..
Xəbər verildiyi kimi Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il mayın 8-də “Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Adil Qəribov QSC-nin sədri seçilib.
N.Abbasova