Maltanın baş naziri İosif Muskat Azərbaycana səfəri zamanı uzunmüddətli qaz nəqlinin təmin edilməsi məsələsini müzakirə etmək niyyətindədir.Bu barədə jurnalistlərə baş nazirin özü bazar günü Bakıya yola düşməzdən öncə məlumat verib.
Malta KİV-lərinin məlumatına əsasən, İ.Muskat səfər zamanı Azərbaycan prezidenti və baş nazirlə yeni elektrik stansiyası üçün uzunmüddətli qaz nəqlinin təmin edilməsi məqsədi ilə ikitərəfli sazişıin bağlanması perspektivini müzakirə edəcək.
Baş naziri energettika naziri Konrad Mitsi müşayət edəcək.Malta nümayəndə heyətinin səfəri çərşənbə gününə qədər davam edəcək.
F.Hüseynzadə