Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məqsədilə bazar ertəsi etibarən dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün təlimlərə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MSK-dən məlumat verilib.
Təlimlər əsasən kompüter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni və daha da təkmilləşdirilmiş imkanları barədə məlumat vermək, MSK-ya ötürülməsi üçün hazırlanmış proqram modullardan test rejimində istifadə və s. məqsəd daşıyır.
Təlimlər dekabrın 17-də başa çatacaq.
F.İsazadə