Polşadan olan şirkətlər Azərbaycanda sənaye və texnoparkların ərazilərində fəaliyyət təşkil edə bilərlər. Bu barədə energetika naziri Natiq Əliyev bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumunda bildirib.
“Polşa şirkətlərin Azərbaycanda fəaliyyəti üçün qida sənayesi, neft məhsullarının emalı, nəzqliyyat, həmçinin dəmir yolları, elektik avadanlıqların tədarükü və s. sahələr prioritet təşkil edir”, - deyə N.Əliyev bildirib.
Nazir qeyd edib ki, Azərbaycan və Polşa şirkətləri enerji, neft-qaz, sənaye, ASK, nəqliyyat və digər sahələrdə uğurla əməkdaşlıq edirlər.
Onun sözlərinə görə, SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2012-ci ildə Polşaya 485 min ton, 2013-cü ildə - 523 min ton, 2014-cü ildə - 750 mindən artıq ton xam neft tədarük edib.
O qeyd edib ki, “Sarmatiya” layihəsində 27,42% pay iştirakına malik olan SOCAR birgə müəssisənin 2015-2016-cı illərdə fəaliyyətinin dəstəklənməsi məqsədilə müəssisənin kapitalına əlavə vəsaitin yatırılmasına hazır olduğunu bildirib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycanda bir sıra sənaye və texnoparkların infrastrukturunun yaradılması üzrə iş aparılır.
A.Axundov