2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 33,6 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) saytında məlumat verilir.
Komitənin məlumatına əsasən, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 3,4% artaraq 3573,3 manat və ya ayda orta hesabla 324,8 manat təşkil edib.
Yanvar-noyabr aylarında gəlirlərin 69,5%-i son istehlaka, 9,1%-i vergi, sosial sığorta və üzvlük haqlarının ödənilməsinə, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,8%-i isə əmanətlərə və kapitalın artırılmasına yönəldilib.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 30,6 mlrd. manat qalır ki, bu da 2013-cü ilin yanvar-noyabr aylarının göstəricisindən 5,1% çoxdur.
A.Əzizov