Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 107 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, qeyd edilib ki, hesabat dövrü ərzində baş vermiş bədbəxt hadisələr nəticəsində 12 nəfər həlak olub, 4 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 7 nəfər qətldə, 9 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 34 nəfər qarətdə, 8nəfər oğurluqda, 5 nəfər avtomobil qaçırmaqda, 2 nəfər saxta pulların satışında, 4 nəfər dələduzluqda, bir nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 7 fakt qeydə alınıb.
C.Həmidov