Ötən həftə Azərbaycanın yollarında qeydə alınan yol-nəqliyyat hadisələri 25 nəfərin həyatına son qoydu. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ümumilikdə, həftə ərzində respublika yollarında 38 yol qzası qeydı alınıb. Nəticədə daha 62 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ən iri yol-nəqliyyat hadisəsi Yardımlı rayonunda baş verib. Burada “VAZ 2121” markalı avtomobil aşıb. Nəticədə, üç nəfər həlak olub, daha bir nəfər yaralanıb.
Bundan başqa, Bakının Xəzər rayonunda “VAZ 2106” markalı avtomobil və “MAZ” markalı yük müşının toquuşması nəticəsində üç nəfər həlak olub, daha birnəfər xəsarət alıb.
C.Həmidov