Tərtər rayonu cəbhəyanı Çaylı kəndinin sakini minaya düşərək həlak olub. Bu barədə bazar ertəsi ANS telekanalı məlumat verib.
Məlumata əsasən, insident dekabrın 15-də səhər saatlarında baş verib. İlkin məlumata əsasən, Tərtər rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün qoyun otararkən minalanmış əraziyə keçib.
Z.Şalukovun meyiti məhkəmə-tibi ekspertizanın keçirilməsi üçün rayon mərkəzinə gətirilib.
F.İsazadə