Azərbaycan Xarici İşlər Nazirliyi respublikanın İtaliyadakı səfirliyinə İtaliya şirkətinin Dağlıq Qarabağ separatçıları ilə əməjdaşlığa dair Ermənistan KİV-in məlumatını araşdırmağı tapşırıb.
“XİN Azərbaycanın İtaliyadakı səfirliyinə bu ölkənin şirkətlərinin Dağlıq Qarabağda separatçı rejim ilə əməkdaşlığa dair məlumatı araşdırmağı tapşırıb”, - deyə XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Öncə şirkətin icraçı direktoru Mxitar Aqabekyan erməni mətbuatına məlumat verib ki, “Qreyt Partners” şirkəti Dağlıq Qarabağdan hazır geyimlərin İtaliyaya tədarükünə başlayıb. M.Aqabekyan qeyd edib ki, hazırda şirkət “tanınmış İtaliya firmalarının sifarişi ilə” isti gödəkçələrin hazırlanması ilə məşğuldur , xammal isə İtaliyadan gətirilir. Məlumata əsasən, 720 məmulatdan ibarət ikinci partiya artıq İtaliya göndərilib.
F.İsazadə