Türkiyə hökumətinin bir çox üzvü qeyd edir ki, Türkiyə üşün Avropa perspektivi - yalnız iqtisadi maraqlar deyil, dəyərlər, prinsiplər, demokratiya məsələsidir. Bu barədə bazar ertəsi Avropa İttifaqıdiplomatiyasının rəhbəriFederika Moqerinibu yaxınlarda həmin ölkəyə səfər zamanı türk siyasətçiləri ilə keçirilən söhbətlərə istinadən bəyan edib.
“İstənilən halda, Türkiyə öhdəliklərinə (Aİ-yə daxil olmağa dair) hörmətlə yanaşmalıdır”, - deyə F.Moqerini prezident Rəcəb Tayyip Ərdoğanın kəskin reaksiyasını şərh etmək xahişinə cavab olaraq bildirib. Dekabrın 14-də F.Moqerini Avropa Komissiyasının üzvü Yoxannes Xan ilə birgə polis reydləri və jurnalistlər və mətbuat nümayəndələrinin həbslərinin kütləvi informasiya vasitələrinin azadlığı ilə uyğunlaşmaması barədə bəyan ediblər. Türkiyə prezidenti R.T. Ərdoğan həmin bəyanata kəskin reaksiya verib.
Xüsusilə, bəyanatda deyililir: “Biz xatırladırıq ki, istənilən namizəd-ölkənin daxil olmağa (Avropa İttifaqına -İF) dair hər bir əlavə addımı qanunun aliliyinə və əsas insan hüquqlarına tam hörmətdən asılıdır”.