2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 417,4 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-noktyabr aylarında respublikada 2 mln. 715,1 min ton sement (artım 38%), 172,7 min ton tikinti gipsi (azalma 26,8%), 31,7 min kubmetr beton konstruksiya (artım 45,4%), 372,3 min ton asfalt ( artım 1%) istehsal olunub.
Bundan başqa, bu dövrdə 4,666 min ton işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (azalma 70%), 265,1 min kubmetr tikinti kərpici (azalma 26,9%), 1 mln. 554,5 min ton hazır beton qarışığı (artım 24,3%) istehsal edilib.
A.Axundov