Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dekabrın 22-də Şirvan rayonunda respublikanın mərkəzi rayonlarının vətəndaşlarını qəbul edəcək. Bu barədə çərşənbə axşamı nazirliyin mətbuat xidməti məlumat verir.
Şirvan, Hacıqabul, Neftçala, Saatlı və Salyan rayonlarının sakinləri nazirin qəbuluna yazıla bilərlər.
Sözügedən rayonların sakinləri qəbula yazılmaq üçün Gənclər və İdman Nazirliyinin yerli orqanları ilə əlaqə saxlamalıdırlar. Ərizələr dekabrın 16-dan 21-nə qədər qəbul ediləcək.
A.Rəhimov dekabrın 22-də saat 11:00-dan etibarən Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində vətəndaşları qəbul edəcək.
F.İsazadə