2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda həyata keçirilən tikinti işlərinin həcmi 7 mlrd. 386,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-noyabr aylarında həyata keçirilən işlərin 63,7%-i tikinti, yenidənqurma və genişləndirmə işlərinin, 16,9%-i əsaslı təmir, 6%-i cari təmir, 13,4%-i digər tikinti işlərinin payına düşüb.
Hesabat dövrü ərzində tikinti işlərinin 80,3%-i qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib.
A.Axundov