ABŞ Konqresinin işgəncələr haqqında hesabatı bütün dünyanı şoka salıb. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov çərşənbə axşamı parlamentin iclasında söyləyib.
“ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi, həm də vitse-prezidenti etiraf edir ki, terrorun qarşısını almaq üçün işgəncələrə əl atıblar.Bütün dünya bu faktlar qarşısında şoka düşüb. Beləliklə, demokratiya və fikir azadlığı pərdəsi altında maskalananların əməllərini biz yox, ABŞ Konqresinin özü deyir”,- deyə parlamentari bildirib.
Onun sözlərinə görə, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni işgəncə praktikasını dəstəkləyərək bəyan edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarında məhz işgəncələrin tətbiq edilməsi sayəsində terror təşkilatları barədə vacib məlumatlar əldə edilib. “Nə üçün işgəncələrdə iştirak edənlər məsuliyyətə cəlb olunmurlar.Budurmu Amerika demokratiyası və insan hüquqlarının müdafiəsi?”,- dey S.Novruzov öz çıxışında bildirib.
Deputat hesab edir ki, Vaşinqton öz ölkəsində belə qanunsuz hərəkətləri aradan qaldırmaq əvəzinə Azərbaycanda cinayət istintaqına cəlb edilmiş vətəndaşların məsuliyyət cəlb olunmasdı ilə maraqlanır.
“İndi belə sual yaranır: Ərazisinin 20 faizindən çoxunu itirən, eləcə də 1 milyondan çox qaçqını və məcburi köçkünü olan, ərazisində terror hadisələri baş verən ölkədə kimisə bu və ya digər şəkildə araşdırmaq üçün məsuliyyətə cəlb edəndə niyə narahat olursunuz? Okeanın o tayında baş verən hansısa hadisəni araşdırmaq üçün yol qət edirlər, ancaq Azərbaycan öz ərazisində hansısa terrorun qarşısını ala bilməz? Niyə bizə dərs öyrətməyə çalışan “Freedom House” təşkilatı və digər qurumların səsi çıxmır? Avropa dövlətlərində Xədicə İsmayılla bağlı bəyanat yayanlar niyə əhalimizə qarşı verilən işgəncələrlə bağlı bəyanat yaymırlar?..”- deyə o bildirib.
O əlavə edib ki, Amerikada qara dərililərin soyqırımına başlayıblar və təxminən 80-ə yaxın insan qətlə yetirilib”.
R.Babayev