Təhsil naziri Mikayıl Cabbarov Bakı məktəblərinin müəllimləri arasında qadınlarının sayının kişilərin sayından artıq olması faktına görə narahatdır.
“Bu gün Bakı məktəblərinin müəllimləri arasında gender nisbəti narahatlıq doğurur. Bu yaxınlarda işə götürülən müəllimlər arasında bu ür dinamika müşahidə olunmur, lakin, ümumilikdə bu vəziyyət narahatlıq doğurur”, - deyə nazir çərşənbə axşamı jurnalistlərə bəyan edib.
Onun sözlərinə görə, bu cür vəziyyət bu gün yaranmayıb, lakin Təhsil Nazirliyi məsləni nəzarətdə saxlayır və müəllimlər arasında gender bərabərsizliyinin aradan qaldırılması üçün tədbirlər görür.
“Bildiyiniz kimi, bu gün müəllimlərin qəbulu peşəkar təcrübə əsasənda həyata keçirilir”, - deyı nazir qeyd edib.
Bundan başqa, M.Cabbarov məlumat verib ki, nazirlik uşaq məktəb ədəbiyyatı üzərində birgə iş aparmaq məqsədilə müxtəlif strukturalara müraciətlə çıxış edə bilər.
“Biz dövlətin adından uşaq ədəbiyyatının yaradılması və ya artıq məşhur əsərlərin müasir formatda buraxılışı üçün birgə iş məqsədilə Yazıçılar İttifaqı və ya bir sıra digər strukturlara müraciət edə bilərik. Biz əlimizdən gələni edəcəyik”, - deyə nazir söz verib.
A.Zeydullayeva