2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 56,804 min ədəd avtonəqliyyat vasitəsi idxal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 39,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
DGK-nin məlumatına əsasən, respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 51,589 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Yanvar-noyabr aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 4,58 min ədəd motorlu nəqliyyat vasitəsi, 325 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal edilib.
Bundan başqa, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 310 ədəd motorlu nəqliyyat vasitəsi gətirilib.
N.Abbasova