Azərbaycan Bəsətəkarlar İttifaqının sədri Firəngiz Əlizadə musiqi sahəsində dünyanın ən məşhur mükafatlarından olan Beynəlxalq “Grammy” mükafatına namizəd göstərilib.Bu barədə Bəstəkarlar İttifaqının məlumatında bildirilir.
Beynəlxalq “Grammy” mükafatı 50 ildən artıqdır knematoqrafiya sahəsində ən nüfuzlu mükafat olan “Oskar”a ekvivalent sayılır. Azərbaycan musiqisinin tarixində ilk dəfə soydaşımız bu mükafata namizəd göstərilib
“Mən bu şad xəbəri “Hans Sikorski” Yayım Evinin xəbər lentindən əldə etdim. Orada üç bəstəkarın adı qeyd edilib. Bunlardan biri müasir musiqi sahəsində böyük müvəfəqiyyətlər əldə etmiş ən məhsuldar nümayəndələrindən olan amerikalı bəstəkar Lera Auerbaxdır. Siyahıda adı qeyd olunan digər bəstəkar Meçislav Vaynberq - yaşlı nəslin nümayəndələrindəndir və onun “Anna Frankın gündəliyi” operası dünyanın bir çox ölkəsində səhnəyə qoyulub”,- deyə F.Əlizadə bildirib.
“Fəxrlə deyə bilərəm ki, bu üç namizəddən biri olmaq mənim üçün böyük uğurdur. Bu mükafatı almağa nə qədər şansımın olduğunu deyə bilmərəm, lakin 2015-ci il il fevralın 8-də keçiriləcək təqdimat mərasiminə artıq dəvət almışam.MənİM üçün əlamətdar məqam odur ki, bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın “Deutsche Grammofon”da işıq üzü görən, mənim musiqilərimdən ibarət alboma görə namizəd göstərilmişəm”,- deyə o qeyd edib.
A.Zeydullayeva