2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın rabitə və poçt müəssisələri 1 mlrd. 460,9 mln. manat məbləğində xidmət göstəriblər ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xidmətlərin 72,5%-nin istifadəçiləri fiziki şəxslər olub, onlara 1 mlrd. 59,2 mln. manat məbləğində (artım 5,5%) xidmət göstərilib.
2014-cü ilin yanvar-noyabr aylarında rabitə xidmətlərinin ümumi həcminin 57,2%-i və ya 836,3 mln. manat (artım 7,3%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.
N.Abbasova