Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Şirinlər” günəbaxan tumlarının istehsalçısı olan “Şərq Qərb” ASC tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsini aşkar edib. Bu barədə QKDK-nın məlumatında deyilir.
“QKDK “Şərq Qərb” ASC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşlara diqqətli olmağı tövsiyə edir”, - deyə məlumatda vurğulanır.
A.Axundov