Azərbaycanın iqtisadiyyatı o qədər güclüdür ki, respublika əhalisi neft qiymətlərində hazırkı güclü azalmanı hiss etmirlər. Belə bəyanatla prezident İlham Əliyev çıxış edib.
“İndi neftin qiyməti çox aşağı düşübdür. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcəkdir. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var”, - deyə İ.Əliyev Sabirabadda Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumunın açılış mərsimində çıxışı zamanı bildirib.
“Manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var. İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır”,- deyə o söyləyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqil siyasət yürüdür.”Heç bir xarici qüvvə bizim iradəmizə təsir göstərə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik. Həmişə də belə olmalıdır”, - deyə İ.Əliyev vurğulayıb.
F.Hüseynzadə