2015-ci ilin birinci rübündə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bəyan edib.
“Gələn ilin birinci rübündə Minsk şəhərində Hökumətlərarası Komissiyanın sayca doqquzuncu iclası keçiriləcək”, - deyə N.Patskeviç Bakıda keçirdiyi mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, tərəflər müxtəlif səviyyələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. “2015-ci ildə işimizin builki kimi fəal və məhsuldar olacağı gözlənilir. Biz ölkələrimiz arasında mal dövriyyəsini artırmaq niyyətindəyik”, - deyə diplomat vurğulayıb.
F.İsazadə