Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir”, - deyə İ.Əliyev görüşdə vurğulayıb.
Dövlət başçısı İtaliyanın “İnter” komandası ilə keçirilən oyunda “Qarabağ” komandasının vurduğu qolun hakim tərəfindən hesaba alınmamasını hakim briqadasının qeyri-peşəkarlığı, yaxud da Azərbaycan klubuna qarşı qərəzli mövqeyi nəticəsində baş verdiyini bildirib
“Siz böyük qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident “ədalətsizliklə barışmağın çətin olduğunu” qeyd edərək, əlavə edib ki, Azərbaycan bir sıra məsələlərdə bu faktla qarşılaşır.
İ.Əliyevin sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, Azərbaycan azadlıq, müstəqillik yolu ilə gedir və heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz.
Klubun adının “Qarabağ” olmasının da komandanın üzərinə əlavə məsuliyyət qoyduğunu deyən prezident əmin olduğunu bildirib ki, gələcəkdə bu komanda xalqımızı sevindirməkdə davam edəcək.
İ.Əliyev hakimlərin ədalətsizliyinə qarşı yüksək mədəniyyət nümayiş etdirən komandanın artıq tarixə düşdüyünü qeyd edib.
“İdman indi dünyada ictimai fenomendir”, - deyən dövlətbaşçısı bildirib.
Dövlət başçısı futbolun inkişafının Azərbaycanda dövlət siyasəti olduğunu, bununla bağlı Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdırıb.
İ.Əliyevin bildirdiyi kimi, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və beynəlxalq idman qurumları uğurlarımızı yüksək qiymətləndirirlər.
Dövlət başçısı qeyd edib ki, idmançılarımız Olimpiya Oyunlarında yüksək nəticələr göstərərək mütəmadi olaraq xalqımızı sevindirirlər.
Prezident vurğulayıb ki, yaxın illərdə ilk Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcək, bununla da Azərbaycanın sivilizasiyalararası dialoqun daha da möhkəmləndirilməsinə töhfə verməsinə imkan yaradacaq.
İ.Əliyev onu da qeyd edib ki, Bakı 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlər sırasına daxil edilib.
Komandanın baş məşqçisi Qurban Qurbanov onların fəaliyyətinə verdiyi dəstəyə görə prezidentə minnətdarlığını bildirib. O vurğulayıb ki, komandanın oyunçuları bundan sonra da yeni nailiyyətlər əldə etmək üçün səylərini əsirgəməyəcəklər.
“Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəlqeyd edib ki, son hadisələr Avropanın futbol ictimaiyyətində ciddi narazılıq doğurub.
Klubun rəhbəri İ.Əliyevə xatirə hədiyyələri təqdim edib.
R.Babayev