ABŞ Senatı Robert Sekutanı Azərbaycanda səfir postuna təsdiqləyib.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” səhifəsində bu münasibətlə Senatın təbriklərini ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirləri postuna namizədlərə çatdırıb.
R.Sekuta karyeralı diplomatdır. Əvvəllər ABŞ-ın Kabil, Tokio və Berlindəki səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. Son zamanlara qədər ABŞ dövlət katibinin enerji, sanksiyalar və xammal məsələləri üzrə köməkçisinin müavini olub.
ABŞ-ın Azərbaycandakı əvvəlki səfiri Riçard Morninqstar cari ilin yayında 2 illik diplomatik missiyasını başa çatdırıb.
F.Hüseynzadə