Lənkəran şəhərində “Muğanbank”ın filialı fəaliyyət göstərməyə başlayıb. Bu barədə bankın məlumatında qeyd olunur.
Yeni filial fiziki və hüquqi şəxslərə bank xidmətlərinin bütün spektrini təqdim edəcək.
Bankın filial şəbəkəsi 40-dan artıq filialı əhatə edir.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları fiziki şəxslərdir.
A.Axundov