2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 19 mlrd. 239,5 mln. manatlıq ərzaq və qeyri-ərzaq malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 9 mlrd. 635,5 min manatlıq ərzaq (2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 3,6%), 9 mlrd. 604 min manatlıq qeyri-ərzaq malları (artım 15,6%) alıb.
2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinə 6 mlrd. 59,6 mln. manat məbləğində xidmət göstərilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,5% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 75%-i və ya 4,5 mlrd. manatlıq xidmət hüquqi şəxslər tərəfindən göstərilib (artım 5,1%).
N.Abbasova