Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə görə kluba mükafat verilməsi barədə sərəncam imzalayıb. Bu barədə çərşənbə günü rəsmi KİV-lər məlumat verir.
Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə “Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 mln. manat ayrılacaq.
F.Hüseynzadə