Bakı-Quba avtomobil yolunun 49-cu kilometrliyində “İveco” markalı yük maşını ilə “Tofas” markalı minik maşınının toqquşması iki nəfərin ölümünə səbəb olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.
Qəzada minik maşınının sürücüsü və sərnişini həlak olub.
FHN-in “112” qaynar xəttinə daxil olmuş məlumatdan sonra hadisə yerinə gələn xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsi ilə deformasiyaya uğramış avtomobildən cəsədləri çıxarıblar.
R.Babayev