SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
2151 nömrəli quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə 2150 nömrəli stasionar dəniz özülündən qazılıb.
Quyunun sutkalıq debiti 20 ton neft təşkil edir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova