BMT-nin İnkişaf Proqramı (UNDP), Avropa İttifaqı və Azərbaycan Dövlət Sərhəd Xidmətinin “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı birgə layihəsi çərçivəsində hər iki ölkənin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub.Bu barədə cümə günü BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Qeyd olunur ki, bununla əlaqədar 18-19 dekabr tarixlərində Bakıda “Azərbaycan Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Nümayəndələrinin Fəaliyyətinə dair Sazişin Hazırlanması” mövzusunda təlim keçirilib.
Tədbirdə ikitərəfli və beynəlxalq sazişlərin hazırlanmasına dair beynəlxalq təcrübə, belə sazişlərin səmərəliliyi və onların icra mexanizmləri müzakirə edilib.
F.İsazadə