SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi cümə günü Lənkəran rayonunun 6 yaşayış məntəqəsinin qaz təchizatına məhdudiyyətlər qoyacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
“Saat 12:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Astara Magistral qaz kəmərləri sahəsinin “Xarxatan” Qazpaylama Stansiyasında təmir işləri ilə əlaqədar Lənkəran rayonunun Liman qəsəbəsinin, o cümlədən Xarxatan, Dilman, Separadi, Şağlaser və Boladi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
N.Abbasova