"PAŞA Həyat Sığorta" şirkəti sığorta haqlarının www.izim.az ödəniş portalı vasitəsilə onlayn ödəniş xidmətini istifadəyə verib. Bu barədə şirkətin məlumatında qeyd olunur.
Bundan əvvəl şirkətin müştəriləri bank vasitəsilə və ya nağd üsulla ödəniş edirdilər.
Məlumata əsasən, sığorta haqqı məbləğinin onlayn ödənilməsini həyata keçirmək üçün müştərilərin ölkədə fəaliyyət göstərən bütün kommersiya banklarının plastik kartlarından istifadə etməsi mümkündür.
Bundan başqa, İZ kartına sahib olan müştərilər www.izim.az ödəniş portalı vasitəsi ilə ödəniş etdikdə, ödənilən məbləğin bir hissəsi müştərinin kartına bonus (İZ-lər) şəklində toplanacaq.
"PAŞA Həyat Sığorta" şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və sığorta haqlarının yığım həcminə görə 3 aparıcı sığorta şirkətindən biridir. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”dir. Şirkətin nizamnamə kapitalı 40,25 mln. manata bərabərdir.
A.Axundov