Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Azərbaycan-Gürcüstan sərhədində delimitasiya işlərinin üçdə iki hissəsinin başa çatdığını qeyd edir.
“İşlər davam edir. Bəzi çətinliklər var, lakin düşünürəm ki, yaxın gələcəkdə bütün işlər tamamlanacaq”, - deyə T.Şaraşenidze cümə günü “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Bir hissəsinin Azərbaycan ərazisindəki Keşikçi dağında yerləşən David Qareci monastır kompleksinin taleyi ilə bağlı məsələni şərh edən diplomat vurğulayıb ki, hazırda bu məsələ müvafiq idarələrin müzakirəsindədir.
F.İsazadə