Gürcüstan Azərbaycan və Türkiyə ilə regional əməkdaşlığın üçtərəfli formatda genişlənməsinə ümid edir. Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bəyan edib.
“Azərbaycan-Gürcüstan-Türkiyə regional əməkdaşlığının üçtərəfli formatı üç ölkənin Xarici İşlər və İqtisadiyyat nazirlikləri ilə yanaşı, bu il parlamentlər və müdafiə idarələrinin analoji əməkdaşlıq formatı ilə zənginləşib”, - deyə diplomat bu gün mətbuat konfransında vurğulayıb.
“Hesab edirəm ki, gələn il eyni formatda əməkdaşlıq edəcək yeni nazirlik və idarələr meydana gələcək”, - deyə o əlavə edib.
F.İsazadə