Amerikanın “St. Louis Post-Dispatch” qəzeti Azərbaycan diasporunun ABŞ-dakı fəal üzvü Lalə Əliyevanın məqaləsini dərc edib. Məqalədə L.Əliyeva Konqresi Amerikanın maraqlarının daha çox qeydinə qalmağı və Ermənistana sponsorluq etməyi dayandırmağa çağırıb.
Müəllifin qeyd etdiyi kimi, Ermənistan Rusiyanın əlaltısı və Azərbaycan torpaqlarının bir hissəsini işğal edən ən hərbiləşmiş ölkələrdən biridir. Bu şəraitdə Konqres Ermənistana iki dəfə çox maliyyə yardımının ayrılmasına dair qərar qəbul edir, nəinki ərazisi iki dəfə böyük olan qonşu Azərbaycana.
“Konqres üzvləri Ermənistan və ya hansısa başqa bir ölkənin yox ABŞ-ın milli maraqlarına görə narahat olmalıdırlar”, - deyə L.Əliyeva yazır.
F.Hüseynzadə