2014-cü ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 805 medal qazanıblar. Bu barədə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bəyan edib.
“2014-cü ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 805 medal, o cümlədən 275 qızıl medal qazanıblar”, - deyə prezident vurğulayıb.
İ.Əliyev qeyd edib ki, Azərbaycanın idman uğurları beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Prezident bildirib ki, cari ildə Azərbaycanda da bir sıra beynəlxalq yarışlar keçirilib.
R.Babayev