Ötən həftə Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən 36 nəfəri və narkotik maddə alverində şübhəli bilinən 2 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən şəxslərdən ümumilikdə 32,83 qram marixuana, 21,016 qram tiryək, 11,291 qram heroin və 6,9 qram həşiş müsadirə olunub.
Narkotik maddə alverində şübhəli bilinən şəxslərdən 5 kq marixuana, 4,95 kq tiryək, 20 qram heroin aşkarlanıb.
C.Həmidov