Saat 15:00-a olan vəziyyətə görə, Azərbaycanda bələdiyyə seçkilərində seçicilərin fəallığı 32,44% təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən İnformasiya Mərkəzindən məlumat verir.
Seçkilər başlanandan etibarən yeddi saat ərzində seçki məntəqələrinə 1 mln. 563 min 357 seçici səsvermədə iştirak edib.
Dekabrın 23-də Azərbaycanda 125 seçki dairəsindən 118-də 1607 bələdiyyəyə seçkilər keçirilir.
Bələdiyyə orqanlarında 15 min 35 yerə 37 min 77 namizəd iddia edir.
Səsvermə prosesi 5 min 15 seçki dairəsində həyata keçirilir. Seçki məntəqələrinin 20%-də və ya 1 min məntəqədə veb-kameralar quraşdırılıb. Onlardan 4887-si daimi seçki dairələri, 128-i müvəqqəti əsasda fəaliyyət göstərir.
50 min 551 müçahidəçi bələdiyyə seçkilərinin gedişini izləyir.
8 siyasi partiya bələdiyyə seçkilərində namizədlərini irəli sürüb, bundan başqa, öz namizədliklərini müstəqil şəkildə irəli sürən iştirakçılar 30 partiyaya mənsubiyyətlərini qeyd ediblər.
Azərbaycanda 4 mln. 819 min 382 nəfər səsvermə hüququna malikdir.
R.Babayev