Dekabrın 25-də saat 13:00-da “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində azərbaycanlılar və regionun digər xalqlarının mədəni irs nümunələrinə ermənilərin iddialarının əsassız olduğunu elmi üsulla birmənalı şəkildə sübut etməyə və qarşısını almağa imkan verən yeni texnologiyanın yaradılması üzrə sensasiyalı layihənin müəlliflərinin mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov, Qafqaz Tarixi Mərkəzinin əməkdaşı Elşad Əlili və həmin Mərkəzin direktoru Rizvan Hüseynov iştirak edəcəklər.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07