Ağstafa rayonunun Poylu kəndində 1 saylı körpələr evi-uşaq bağçası istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“50 yerlik olan körpələr evi-uşaq bağçasında 35 uşağın təlim-tərbiyə işləri ilə 16 tərbiyəçi və köməkçi məşğul olur. Lazımi avadanlıqla təchiz edilən 5 otaqlı bağçada mətbəx və məşğələ otaqları mövcuddur”, – deyə rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev bildirib.
Qeyd edilib ki, Ağstafa rayonunda olan 34 uşaq bağçasından 3-ü yenidən tikilib, bir neçə bağça isə əsaslı təmir edilib. Ağstafa şəhər 5, Dağ Kəsəmən kənd 1 saylı uşaq bağçalarının tikintisi isə davam edir.
F.Mehdiyev