2014-cü ilin yanvar-noyabr aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 6 mlrd. 650,8 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,9% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycan üzrə qaz hasilatının həcmi 27 mlrd. 340,4 mln. kubmetr təşkil edib (azalma 2,7%).
Cari ilin noyabr ayında şirkət 557,3 mln. kubmetr qaz hasil edib, ümumilikdə respublika üzrə qaz hasilatının həcmi 1 mlrd. 924,4 mln. kubmetr təşkil edib.
Daha əvvəl SOCAR-ın hasilat və nəql üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən bildirilib ki, 2014-cü ildə Azərbaycanda qaz hasilatı 28,8 mlrd. kubmetr həcmində proqnozlaşdırılır ki, bunun da 7 mlrd. kubmetri SOCAR-ın payına düşəcək.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda 29 mlrd. 450,6 mln. kubmetr qaz hasil edilib və bunun 7 mlrd. 139,7 mln. kubmetri SOCAR-ın payına düşüb.
N.Abbasova