“Karat” tikinti şirkətinin vəzifəli şəxslərinin yol verdikləri qanunsuz hərəkətlərlə bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baş Prokurorluqdan məlumat verilib.
İstintaq zamanı “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadənin tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1,112 mln. manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan R.Hacızadəyə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Q.Əmiraslanova isə 178.3.2-ci maddələri ilə cinayət işi qaldırılıb.
İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib.
D.Həmidov