2009-2014-cü illərdə “Aqrolizinq” şirkəti tərəfindən respublikaya 11,645 min baş damazlıq heyvan gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə lizinqə verilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
2009-2014-cü illərdə gətirilən heyvanlar törəyib artaraq 18,5 min başa çatıb.
Məlumatda qeyd olunur ki, 2014-cü ildə“Aqrolizinq” ASC tərəfindən ölkəyə 5,363 min baş damazlıq heyvan gətirilərək lizinqə verilib.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
A.Axundov