Qazaxda HeydərƏliyev Fondunun təşəbbüsü ilə tikilən 100 yerlik uşaq bağçası istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu ilin aprelində tikintisinə başlanılan bağça lazımi avadanlıqla tam təmin edilib. 15 tərbiyəçisi olan və 70 uşağın tərbiyə olunduğu bağçada uşaqların əqli, fiziki inkişafı, sağlamlıqlarının qorunması, istirahəti və əyləncəsi üçünbütün imkanlar yaradılıb.
Bu, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2014-cü ildə Qazaxda tikilən ikinci uşaq bağçasıdır. Bir neçə ay öncə isə 100 yerlik daha bir müasir bina körpələrin ixtiyarına verilib.
Ümumilikdə Qazaxda 25 uşaq bağçası var.
F.Mehdiyev