2014-cü ildə Azərbaycanda turizm obyektlərinin sayı 10,5% artaraq 276 təşkil edib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin hesabatında deyilir.
“2011-2014-cü illərdə ölkədə yerləşən turizm obyektlərinin sayı 508-dən 527-yə yüksəlib. Yerli turizm şirkətlərində işləyən insanların sayı 2009-2014-cü illərdə 7330 nəfərdən 9874 nəfərə, ümumilikdə turizm sahəsində çalışanların sayı 36103 nəfərdən 40010 nəfərə qədər artıb”,- deyə hesabatda bildirilir.
Bundan başqa, qeyd edilir ki, Azərbaycana gələn turistlərin əsas hissəsini Rusiya (36,3%), Gürcüstan (31,4%), Türkiyə (13,6%) vətəndaşları təşkil edir. Həmçinin Fransa, İspaniya, İtaliya, Norveç, Yunanıstan, Böyük Britaniya, Almaniya və Belçikadan gələn turistlərin sayında da artım müşahidə olunur.
A.Zeydullayeva